Psixiatr Nadir Əliyev vəfat etmişdir.

Əziz və hörmətli Mütəxəssisimiz Nadir Əliyevin vəfatı hamımızı sarsıtdı.
Onun psixiatriyadakı xidmətləri heç vaxt unudulmayacaq! Onu tanıyanların və minlərlə müalicə etdiyi xəstələrin duaları ilə yeri behişt olsun!
AzPA adından ona rəhmət diləyirik.Allah övladlarına və yaxınlarına səbr versin!
Qeyd edək ki, professor Nadir Əliyev 1946-cı ildə Naxçıvanda anadan olub. O, müxtəlif illərdə 2 saylı Xüsusiləşdirilmiş Vərəm Sanatoriyası, Bakı Şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanseri, 2 saylı Psixiatrik Kliniki Xəstəxanada işləyib, dispanserin baş hәkimi olub.
Nadir Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Psixiatriya kafedrasında fәaliyyәt göstәrirdi. Tәdqiqatları, әsasәn, müxtәlif psixi pozuntuların farmakoterapiyası üzrәdir. 150-dәn çox elmi әsәrin müәllifidir.