Azərbaycan Psixiatriya Assosiasiyasının canlı dünyasına xoş gəlmisiniz!
Bu kitabın səhifələrində siz psixiatriyaya olan ehtirasın akademik səylərdə mükəmməlliyə qovuşduğu hörmətli birliy- imizin qəlbində səyahətə çıxacaqsınız. Azərbaycanda və onun hüdudlarından kənarda psixiatriya sahəsini inkişaf etdirməyə dərindən sadiq olan bir assosiasiya olaraq biz zəngin irsimiz, tədqiqata sarsılmaz sədaqətimiz və əməkdaşlığın, innovasiyaların təşviqinə sadiqliyimizlə fəxr edirik.
Bilik və fikir çırağı rolunu oynayan öz hörmətli jurnalı- mızla biz psixiatriya tədqiqatlarının ön sıralarına daxil olur, təməlqoyucu kəşfləri və irəliləyişləri üzvlərimiz və dünya ictimaiyyəti ilə bölüşürük. 250-dən çox sadiq üzvü olan assosiasiyamız psixi sağlamlıq xidmətində mükəmməlliyə can atanların kollektiv təcrübəsinə və ortaq baxışına sübut kimi dayanır.
Çoxsaylı filialları əhatə edən bizim görüş dairəmiz Azərbaycanın hər yerində ayrı-ayrı şəxslərin və icmaların həyatına toxunaraq uzaqlara və geniş ərazilərə yayılır. Assosiasiyamız hər il dünyanın müxtəlif yerlərində keçirilən elmi kon- qreslərdə, konfranslarda və digər tədbirlərdə iştirak edərək üzvlərimizin qlobal psixiatriya elminin ön sıralarında qalmasına çalışır.
Üstəlik, bizim əməkdaşlığımız sərhəd tanımır, çünki hörmətli üzvlərimizin çoxu Çikaqo Universiteti, Harvard Universiteti kimi nüfuzlu elm və təhsil ocaqları ilə yanaşı beynəlxalq tədqiqat layihələrində iştirak edirlər. Bu tərəfdaşlıqlar vasitəsilə biz təkcə psixiatriya elminin inkişafına töhfə vermirik, həm də sərhədləri və mədəniyyətləri aşan əlaqələri gücləndiririk.
Növbəti səhifələri araşdırarkən sizi Azərbaycan Psixiatriya Assosiasiyasını müəyyən edən ehtiras, fədakarlıq və yeniliklərə qərq olmağa dəvət edirik. Gəlin birlikdə, həm ölkəmiz daxilində, həm də bütün dünyada psixi sağlamlıq üçün daha parlaq gələcəyə doğru yolu işıqlandırmağa davam edək. Elm və müalicə dünyamıza xoş gəlmisiniz.
AzPA-nın əsas vəzifələri aşağıdakılardır:
- Azərbaycanda psixi sağlamlığa dəstək;
- Psixi xəstələrin, onların ailələrinin və psixi sağlamlıq sahəsində çalışan mütəxəssislərin hüquqlarını müdafiə etmək;
- Psixiatriya baxımından ən yüksək etik və peşəkar stan- dartların həyata keçirilməsi;
- Psixi sağlamlıqda peşə və ictimai təhsilin inkişaf etdiril- məsi;
- Psixiatriya sahəsində sübuta əsaslanan elm və prakti- kanın həyata keçirilməsi;
- Zehni sağlamlıq siyasətinin və xidmətlərinin təkmilləş- dirilməsinə yardımçı olmaq;
- Beynəlxalq əməkdaşlıq.
Təşkilati işlər.
AzPA-nın ali orqanı hər beş ildən bir ke- çirilən hesabat seçgi konfransı və orada seçilən şuradır (plenium). Bu şura AzPA-nın fəaliyyətini beş il müddətində idarə edir.
AzPA-nın Şurası üç komitədən (Etik Komitə, Təftiş Nəzarət Komitəsi və İcra Komitəsindən) ibarətdir.
Bu komitələr eyni zamanda İcraiyyə Komitəsi tərəfindən açıq səsvermə yolu ilə seçilir. İcraiyyə komitəsinin tərkibi:
AzPA-nın prezidenti, vitse-prezidenti, AzPA-nın məsul katibi, konfrans və görüşlərin təşkili üzrə katib, layihələr, təhsil və informasiya üzrə katib, Beynəlxalq əlaqələr üzrə katib, filiallar üzrə katib və maliyyə işləri üzrə katib (xəzinədar).
AzPA-ya daxil olan beş bölməyə: ümumi psixiatriya, narkologiya bölməsi, uşaq psixiatriya bölməsi, Psixoterapiya və Tibbi Psixologiya Bölməsi, İctimai və Ədliyyə Psixiatriya Bölümü daxildir.
Son bir neçə ildə Azərbaycan Psixiatriya Assosiasiyası üzvlərinin peşə hazırlığı və tədqiqat işləri xeyli inkişaf etmişdir. Prof. Norman Sartorius və Prof. Graham Thornicroftun liderliyini və peşə bacarıqlarının inkişaf etdirilməsinə dair qabaqcıl kursu keçirmək şərəfinə layiq görülmüşdür. AzPA Beynəlxalq ekspertləri və dünya şöhrətli liderləri dəvət etməkdə davam edəcəkdir.
Azərbaycan Gənc Psixiatriya Bölməsi AzPA-nın tərkib hissəsi kimi rəsmən qəbul edildi. Bölmə üzrə katib gənc psixiatr Röya Əliyeva seçildi.
Son beş ildə Milli Psixi Sağlamlıq İnstitutunun (5R25TW009248; 5D43TW009680, K.M Münir, PD/Pİ) layihə lər və Boston Uşaq Xəstəxanasının dəstəyi ilə) İnkişaf Tibb Təşkilatı, Harvard Tibb Məktəbində səkkiz nəfər psixiatriya kursunu, Harvard Universitetində və Boston Uşaq Xəstəxana- sında araşdırma tədqiqatlarından müvəffəqiyyətlə keçmişdir
Geri döndükdən sonra Azərbaycanda ilk dəfə Epidemi- ologiya və Biostatistika üzrə həmkarlarına treninq keçirmişlər. Göstərilən treyninqlərdə 26 nəfərdən artıq mütəxəssis iştirak edib. Gələcək treyninqlərdə iştrak etmək istəyənlər AzPA-nın kat- ibliyi ilə əlaqə yarada bilərlər.
AzPA-nın əsas məqsədi gələcək tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün işçi qüvvəsinin artırılmasıdır.
AzPA-nın üzvləri Beynəlxalq konqresslərdə, Dünya Psixiatriya Assosiasiyasının, Avropa Psixiatriya Assosiasiyasının konqreslərində, Avropa Neyrofarmakaloji Kollecin, Avropa Gənc Psixiatrlar Federasiyasının təşkil etdikləri konqreslərdə, yay məktəblərində, simpoziumlarda və təşkil olunan kurslarda fəal iştirak edirlər. Eyni zamanda Milli Psixiatriya Assosiasiyaları ilə sıx əməkdaşlıq edirlər.
Qarşıda duran fəaliyyət sahələri:
Ölkədə mövcud olan psixi sağlamlıq vəziyyətinin sistematik şəkildə monitorinqi və əhalinin ümumi ruhi sağlamlığı vəziyyətinə təsir edən müxtəlif məsələlər üzrə analitik təhlillər aparmaq;
- Psixi sağlamlıq strategiyasının, proqramlarının və bu sahədə qanunvericiliyin inkişafı;
- Mövcud zehni səhiyyə idarəçiliyi və xidmətlərini yaxşılaşdırmaq üçün idarəetmə orqanları, səhiyyə orqanları və siyasətçilər üçün ekspert təkliflərini təqdim etmək;
- Psixi sağlamlığın müxtəlif aspektləri üzrə təlim proqramlarının hazırlanması və peşə təhsilində müasir standartların tətbiqi;
- Milli və beynəlxalq zehni sağlamlıq layihələrində iştirak, tədqiqatlara və görüşlərə qatılmaq;
- Elmi-praktik konfransların və milli konqreslərin keçirilməsi;
- Zehni sağlamlıq sahəsində maarifləndirmə və təbliğat ilə bağlı fəaliyyətlərin həyata keçirilməsi;
- Nəşrlər, radio, televiziya və mətbuatda çıxışlar;
- Yerli və beynəlxalq psixi sağlamlıq təşkilatları ilə əməkdaşlıq, psixoterapevtlər, gənc psixiatrlar, psixiatriya tibb bacı- ları, psixi xəstələrin özünə kömək qrupları və onların yaxınları ilə əlaqə.
2001-ci ildə Azərbaycan Respublikasının Psixiatriya Qanunu qəbul edilib. Bu qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasi- bətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
1996-cı ildən Ümumdünya və Ümumavropa Psixiatriya Kongreslərində iştrak edirik və bu qurumun rəhbər orqanlarının seckilərində AzPA adından 5 (beş) səslə səs verilir. Son XVII Konqres 2024-cü ildə Budapeştdə (Macarıstanda) keçirilmişdir.
İştirak etdiyimiz Beynəlxalq konfranslar European Psychiatric Association, hər il keçirtdiyi EPA Annual Congresslərdə AzPA-nın üzvləri aktiv iştrak edib (2017 – Florensiya, İtaliya, 2016 – Madrid, İspaniya, 2015 – Vienna, Avstriya, 2014 – Mu- nich, Germany, 2013 – Nice, Fransiya, 2012 – Praque, <exiya və s.).
European College of Neuropsychopharmacology (Avropa Neyro psixofarmakologiya Kolleci) ilə yaxın əməkdaşlıq edirik. Son illərdə üzvlərimiz Gürcüstanda, Oksfordda və Barselonada keçirtdiyi workshoplarda iştrak ediblər.
2012-ci ildən 4 nəfər Psixi Sağlamlıq Siyasəti və Servislərin İnkişafı Üzrə Beynəlxalq Magistratura, Tibbi elmi fakültəsi, NOVA Universiteti, Lissabon şəhərində (Portuqaliya) təhsil alıblar və onlardan iki nəfər artıq uğurla Master Diplomu alıblar.
Digər qurumların tədbirlərində iştirakımıza daxildir:
- 2010 Peyk Psixiatriya Simpoziumu, Open Medical Institute-Medizinische Universitat, New York Presbyterian-Univer- sity Hospital of Columbia and Cornel;
- Psixiatriya Sahəsində neyrobioloji aspektlər: Klinik Praktik, South Carolina
Artiq 10 ildir ki, bizim yerli psixitarlar Strasburqda olan yay məktəbinə qatılırlar. Psixi xəstəliklərin komorbidliyi, mövzu- sunda və ABC Psixoterapiyanın Əsasları mövzusunda treyninqdə iştrak edirlər.
Psixiatriya sahəsində ən böyük nailiyyətlərdən biri 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq sahəsində Milli strategiyanın reallaşdırılması məqsədilə Psixi Sağlamlıq Mərkəzinin yaradılması olmuşdur. Mərkəzin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- Əhaliyə ixtisaslaşmış ambulator müalicə-diaqnostik psixiatrik, psixoloji və psixososial yardımın göstərilməsi;
- Psixi sağlamlıq sferasında dövlət siyasətinin forma- laşdı- rılması və həyata keçirilməsində iştirak etmək;
- Əhali arasında psixi sağlamlıq göstəricilərinin monito- rinqinin aparılması;
- Psixi sağlamlıq sistemində kadr potensialının inkişaf etdirilməsi;
- Beynəlxalq əməkdaşlıq.
Mərkəzin fəaliyyəti 2 mərhələdə aparılır.
Birinci mərhələdə əhaliyə (erkən müdaxilə proqramının) göstərilən xidmətlərin inkişaf etdirilməsi həyata keçirilir. Bu- raya aiddir: erkən müdaxilə proqramları, gündüz stasiona- rında müalicə, psixososial reabilitasiya və krizis zamanı yardım.
İkinci mərhələ bütünlüklə Psixi sağlamlığın təşkil olunması və həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətdən ibarətdir. Bu mərhələdə epidemioloji məlumatların analizi və toplanması, yardımın yeni növlərinin planlaşdırılması və tət- biq olunması, göstərilən yardımın qiymətləndirilməsi və monitorinqi, eyni zamanda Psixi sağlamlıq sahəsində müxtəlif ixtisaslı mütəxəssislərin təlimi həyata keçirilir.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün AzPA-nın ixtisaslı mütəxəssisləri əhaliyə yardım proqramının bey- nəlxalq standartlara cavab verən yeni proqramlara uyğun hazırlanması və reallaşdırılması istiqamətində çalışır. Bu məqsədlə psixiatriya sahəsində xarici institutlarla sıx əlaqəli işləyir və əhaliyə yardımın yeni formaları üzrə fikir mübadiləsi aparılır. Bundan əlavə, mərkəzin işçiləri Azərbaycan ərazisində bütün mütəxəssislərə konsultasiya, əhaliyə xidmətin monitorinqini, kadr potensialının yaxşılaşdırılması istiqamətində təlim fəaliyyətini həyata keçirirlər.
30 yanvar – 3 fevral 2016-cı il tarixində “Autizm aspektli pozuntular” mövzusunda keçirilmiş treyninqin məqsədi yardım Mərkəzinin komandasında spesifik biliklərin təqdim edilməsi olmuşdur. Treyninq xarici mütəxəssislər – “Vilnüs Universitetinin Uşaq İnkişaf Mərkəzi” və “Fiziki reabilitasiya və İdman Tibb kafedrasından” uşaq psixiatrı Laima Mikulenaite və psixoloq Egle Grakauskaite-Kodikiene tərəfindən keçirilmişdir. Treyninq nəticəsində əldə edilmiş bilik və vərdişlər, ehtiyacı olan ailələrə zəruri xidmətlərin göstərilməsinə yönəlib. Bu, xüsusilə autizm spektrli xəstəliklərdən əziyyət çəkən uşaq və onların valideynlərinə yönəlib və təhlükəli davranış problemlərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Proqramın konkret məqsədləri: 1. Bakı şəhəri Nərimanov rayonunda risk qrupuna daxil olan uşaqlar və onların ailələri üçün effektli xidmətin təşkili; 2. Risk qrupuna daxil olan uşaqların ehtiyaclarını ödəmək üçün çox istiqamətli komanda işinin inkişaf etdirilməsi; 3. Məsələdə marağı olan tərəflər arasında dialoqa şərait yaratmaqla yetkinlik yaşına çatmayanlar arasında müşahidə olunan cinayət hallarına ilkin yanaşma metoduna dəstəyin səfərbər edilməsi və ölkədə olan hazırki vəziyyəti tədqiq etmək; 4. Hər hansısa bir xidmətlərin səmərəsini qiymətləndirmək üçün pilot tədqiqatdan əvvəl və sonrakı mərhələləri təmin etmək.
Qeyd: Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İnkişaf Naminə Təşəbbüs İctimai Birliyi tərəfin- dən icra olunur. Layihənin xarici tərəfdaşı isə dünyada geniş tanınmış “Psixiatriyada Qlobal Təşəbbüs” İctimai Birliyinin Gürcüstan nümayəndəliyidir.
Prof. İsmayılov F.N. – ekspert, ass. Quliyeva N.R. – koordinator seçilmişdir.
16-22 sentyabr 2016-cı il tarixində assistent İ.R.Rüstəmov və asisstent G.F.Məmmədzadə Kanadanın Kalqari şəhərində 22-ci Ümumdünya Uşaq Psixiatriyası konqresində “Community based approaches for redycinq stiqmatu Azərbaijan” adlı çıxışlar ediblər.
2016-cı il avqust ayından – 2017-ci il yanvar ayına qədər psixiatriya kafedrasının assistenti Quliyeva N.R. Boston Children Hospital Harvard Medical school elmi proqram çərçivə- sində Harvard Universitetində ezamiyyətdə olmuşdur.
Fogarty İnternational/National İnstitute of Health Pro- qram çərçivəsində Harvard Tibb Məktəbinin xəstəxanası olan Boston Childrens Hospitalda, elmi işçi vəzifəsində işləyib (24 avqust 2016 – 23 yanvar 2017). İşlədiyi müddətdə aşağıdakı kurslarda və konfranslarda iştirak edərək prezentasiyalar təqdim etmişdir.
2017-ci ilin may ayında “27-ci Türkiyə Milli Uşaq Psixi- atriya konqresi”ndə ass. Rüstəmov İ. iştirak edib.
11 may 2017-ci ildə Azərbaycan Tibb Universitetinin Rezitent- lik Elmi Konfransında (ATUREK-5) “Azərbaycanda tələbələr arasında internet asılılığı və bunun bəzi psixi göstəricilərlə əlaqəsi” mövzulu elmi tədqiqat işi plenar iclasda təqdim edilmişdir. Həmin konfransın sədri psixiatriya kafedrasının ass. Rüstəmov İ.R., katibi həmin kafedranın ass. Quliyeva Nərmin idi.
Azərbaycan Psixiatriya Assosiasiyasının və Tibb Universitetinin Psixiatriya kafedrasının birgə təşəbbüsü ilə kafedranın nəz- dində immunobioloji laboratoriya yaradılmışdır. Həmin laboratoriyanın 20 illik (1970-1990) fəaliyyəti dövründə orada 12 nəfər dissertant (onlardan 3-ü tibb elmləri doktoru) öz elmi işlərini yerinə yetirmişdir. 100-dən artıq elmi məqalə və 1 monoqrafiya çap edilmişdir. Laboratoriyanın rəhbəri N.V.İsmayılov və əsas icraçı la- borant Larisa Baytsovanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 7–8 iyun 2018-ci ildə Qazaxstanın Alma-ata şəhərində keçirilən Beynəlxalq konfransda prof. N.V. İsmayılov iştirak etmiş və Azərbaycanda psixiatriyanın inkişaf perspektivləri haqqında məruzə ilə çıxış etmişdir.
Azərbaycan Psixiatriya Assosiasiyası (AzPA) gələcək fəaliyyətini daima inkişaf etdirmək əzmindədir. Bu işlərin icrasında AzPA-nın şura (plenium) üzvlərinin, rəhbər orqanlarının fəaliy- yətini canlandırmaq, ölkəmizdə dövlət orqanlarının, o cümlədən Səhiyyə Nazirliyinin planlarını həyata keçirmək müstəsna vəzifə kimi qarşımızdadır.