Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin hazırki 1 nömrəli Respublika Psixiartiya Xəstəxanası ilk dəfə 1936-cı ildə Bakı şəhərinin Sabunçu rayonunun Üzümçülük massivində "Ləhiş Bağları" deyilən ərazidə İranlı milionçunun 2 mərtəbəli imarətində 40 çarpayılıq "3 saylı Psixiatriya Xəstəxanası" kimi fəaliyyətə başlamışdır. Bu xəstəxanaya o vaxt Bakının digər 1 və 2 saylı Psixiatriya Xəstəxanalarında müalicəsi mümkün olmayan xəstələr köçürülərdi. Yol şəraiti pis olduğundan, gedib-gəlməkdə müəyyən çətinliklər yarandığından, bina yararsız vəziyyətə düşdüyündən 1939-cu ildə xəstəxana hal-hazırda yerləşdiyi əraziyə köçürülüb. 1961-ci ildə xəstəxanada "Qarın yatalağı" infeksion xəstəliyi yayıldığından Səhiyyə Nazirliyinin göstərişi ilə infeksion şöbə açıldı. Xəstəxananın genişləndirilməsi ilə əlaqədar olaraq 1964-cü ildə çarpayı sayı 500-dən artıq olmuşdur. Buna görədə artıq 1965-ci ildən yeni xəstəxananın 500 çarpayılıq korpusları inşa edilməyə başladı.1970-ci illərdən başlayaraq artıq müxtəlif profilli yeni şöbələr və 3 filial (vərəmli xəstələr filialı, müalicə-əmək emalatxanası və tərəvəzçilik) yaradıldı.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08.04.1982-ci il tarixli 01-5/79 saylı qərarı ilə həmin 3 saylı Psixiatriya Xəstəxanasının adı dəyişdirilərək "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiartiya Xəstəxanası" adlandırıldı.
3 saylı Psixiatriya Xəstəxanası isə Maştağanın "Tavaylıq" adlanan ərazisində 1990-cı ilə qədər fəaliyyət göstərib. Əsasən vərəmli psixi xəstələrin müalicəsi ilə məşğul olmuşdur.
Ümumiyyətlə xəstəxanamız yarandığı ilk vaxtlardan yeni həkim psixiatrların yetişdirilməsində baza məktəb rolunu oynamışdır. Bu illər ərzində xəstəxanada 7 tibb elmlər namizədi, 2 tibb elmlər doktoru çalışmışdır. Hazırkı Azərbaycan Psixiatriyasının baniləri məhs bu xəstəxanada vaxtilə internatura kursu keçmiş, burada elmi təcrübi bacaqrıqlar əldə etmişlər. Həmin məktəbi keçmiş psixiatrlar indi də dünyanın müxtəlif ölkələrində çalışırlar.
Yararsız vəziyyətə düşmüş xəstəxanada 2008-ci ildən yenidən canlanma başladı. Belə ki, xəstəxananın ərazisi lazımsız məişət tullantılarından təmizlənməklə yanaşı, yeni abadlaşdırılma və quruculuq işlərinə start verildi. 2009-cu ildən başalyaraq şöbələr növbə ilə təmirə dayanaraq, əsaslı formada təmir olundu, yeni korpuslar tikilib istifadəyə verildi. Şöbələrimiz yeni müassir standartlara cavab verən avadanlıqlarla təchiz olundu. Buna misal olaraq hazirda xəstəxanada yeni rəqəmsal rentgen aparatı, ultrasəs müayinə aparatı və digər avadanlıqlar quraşdırılıb.
Onu da xüsusilə qeyd etməliyik ki, xəstəxanada aparılan abadlıq işləri ilə yanaşı, həmçinin həkim və tibb personalının elmi təcrübi təkmilləşmə məsələsi də xəsətəxana üçün prioritet idi. Daha konkret desək xəstəxanamızın əməkdaşları qardaş Türkiyə ilə yanaşı, Avropa ölkələri və Pribaltika Respublikalarında elmitəcrübi kurslar keçmişdir. Dünyanın müxtəlif ölkələrinin aparıcı tanınmış psixiatr və alimləri də xəstəxanamızda müəyyən elmi-təcrübi mübadilə aparmışlar. Bu sahədə gənc həkimlərin müxtəlif elmi-praktik konfranslarda iştirakı onların təcrübələrinin artmasına təkan vermişdir.
Xəstəxanamız hazırda 1890 çarpayıdan təşkil olunmaqla aşağıdakı şöbələrdən ibarətdir: 10 Ümumi Psixiatrik Kişi, 6 Ümumi Psixiatrik Qadın, 4 Psixiartik Vərəm, Narkoloji, Uşaq və Yeniyetmə, İnfeksion və Herontoloji, Məcburi Müalicə, Gündüz Stasionarı, Qəbul şöbəsi fəaliyyət göstərir. Xəstəxanada 800-dən çox heyyət çalışır. Bunlarban 100-ə yaxını böyük hissəsi həkim-psixiatr olmaqla müxtəlif ixtisaslı həkimlərdir.
www.rpx.az
Respublika Psixi Sağlamlıq Mərkəzi
Respublika Psixi Sağlamlıq Mərkəzi 2012-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlıq sahəsində Milli strategiyanın reallaşdırılması məqsədilə yaradılmışdır
Mərkəzin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
- Əhaliyə ixtisaslaşmış ambulator müalicə-diaqnostik psixiatrik, psixoloji və psixososial yardımın göstərilməsi;
- Psixi sağlamlıq sferasında dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- Əhali arasında psixi sağlamlıq göstəricilərinin monitorinqinin aparılması;
- Psixi sağlamlıq sistemində kadr potensialının inkişaf etdirilməsi;
- Beynəlxalq əməkdaşlıq.
Mərkəzin fəaliyyəti 2 mərhələdə aparılır.
Birinci mərhələdə əhaliyə (erkən müdaxilə proqramının) göstərilən servislərin inkişaf etdirilməsi həyata keçirilir. Bura aiddir: erkən müdaxilə proqramları, gündüz stasionarında müalicə, psixososial reabilitasiya və krizis zamanı yardım.
İkinci mərhələ bütünlüklə Psixi Sağlamlıq təşkil olunması və həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətdən ibarətdir. Bu mərhələdə epidemioloji məlumatların anamnezi və toplanması, yardımın yeni növlərinin planlaşdırılması və tətbiq olunması göstərilən yardımın qiymətləndirilməsi və monitorinqi, eyni zamanda Psixi Sağlamlıq sahəsində müxtəlif ixtisaslı insanların təlimi həyata keçirilir.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Psixi Sağlamlıq Mərkəzinin ixtisaslaşmış komandası əhaliyə yardımın beynəlxalq standartlara cavab verən yeni proqramlarının hazırlanması və reallaşdırılması istiqamətində çalışır. Bu məqsdlə Psixiatriya sahəsində xarici institutlarla sıx əlaqəli işləyir və əhaliyə yardımın yeni formaları sahəsində fikir mübadiləsi aparılır. Bundan əlavə mərkəzin işçiləri Azərbaycan ərazisində bütün spesialistlərə konsultasiyasını, əhaliyə xidmətin monitorinqini, kadr potensialının yaxşılaşdırılması istiqamətində təlim fəaliyyətini həyata keçirirlər.
www.psm.az