Azərbaycan–Türkiyə Psixiatriya Görüşü

Azerbaycan–Turkiye Psixiatriya Gorusu

2026-cı il 2–4 oktyabr tarixlərində Azərbaycan Psixiatriya Assosiasiyası və RUBBAD-ın birgə təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Psixiatriya Görüşü keçiriləcək. Tədbirdə depressiya, təşviş-həyəcan pozuntuları, şizofreniya, bipolyar pozuntu və psixofarmakoterapiyanın aktual məsələləri üzrə Türkiyə və Azərbaycanın tanınmış mütəxəssisləri məruzələrlə çıxış edəcəklər. Konfrans iki ölkə arasında elmi əməkdaşlığın gücləndirilməsinə və müasir psixi sağlamlıq yanaşmalarının müzakirəsinə həsr olunub.